Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təcavüzkar Ermənistan növbəti dəfə IV Cenevrə Konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub

Ermənistan silahlı qüvvələri iyulun 12-dən etibarən Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutub. Bununla da, Ermənistan öz təcavüzkar siyasətini davam etdirərək növbəti dəfə beynəlxalq qanunları pozub. Bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

Ombudsman deyib: “Biz hazırda Tovuz rayonunda, hospitalın yanındayıq. Erməni hərbi hissələri hospitala mərmi atıblar. Ermənistan yaşayış yerlərini, hospitalı bombalamaqla, mülki əhaliyə ziyan vurmaqla IV Cenevrə Konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub. Həmin maddədə qeyd olunur ki, münaqişə zonasında heç bir tərəf yaşayış yerlərini, tibbi və yaşayış obyektlərini hədəfə ala bilməz və bu, beynəlxalq normalara tamamilə ziddir. Əfsuslar olsun ki, Ermənistan növbəti dəfə beynəlxalq qanunları heçə sayıb. Biz hazırda bunu müşahidə edirik. Biz buna qəti etiraz edirik və ən qısa zamanda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.

16 2020 09:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə