Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Los Angeles Times” qəzetində Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc edilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın son hərbi təxribatı ilə bağlı məqaləsi ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispan dilli versiyasında dərc olunub. Məqalənin ingilis dilində versiyası isə “Medium” onlayn media platformasında yerləşdirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Los- Ancelesdəki Baş Konsullu­ğundan məlumat verilib.

“COVID-19 böhranı­nın davam etdiyi dövrdə Ermənistan Azərbaycana qarşı hücuma keçir” baş­lıqlı məqalədə baş konsul iyulun 12-dən başlaya­raq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində strateji mövqelər ələ keçirmək məqsədilə ordumuzun Ermənistan– Azərbaycan sərhədindəki mövqelərinə ağır artille­riyadan istifadə etməklə hücuma keçdiyini qeyd edir. Bu təxribat nəticəsində Azərbaycan ordusunun ver­diyi şəhidlərdən bəhs edən N.Ağayev Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərdə hərbi və mülki obyektləri iriçaplı silahlardan istifadə etməklə hədəfə aldı­ğını vurğulayır.

Baş konsul COVID-19 böhranının öhdəsindən gələ bilməməsi, ölkəni bürüyən ciddi iqtisadi tənəzzül, siyasi rəqiblərin həbs olunması və məhkəmələrin müstəqilliyini aradan qaldıran konstitusiya düzəlişləri səbəblərindən N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin ölkə daxilində və beynəlxalq are­nada nüfuzunu itirdiyini, onun Azərbaycana qarşı son hərbi təxribatı törətməklə bu daxili problemlərdən diqqəti yayın­dırmağa çalışdığını qeyd edir.

N.Ağayev 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, nəticədə bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırır. Baş konsul BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların Ermənistanın bu qanunsuz əməllərini pislədiklərini və Azərbaycanın ərazi bütövlüyünə dəstək nü­mayiş etdirdiklərini bildirir. O, bütün bunlara baxmayaraq, sözügedən işğalın hələ də davam etdiyini və beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana beynəlxalq təzyiqin göstərilməsinin vacibliyini vurğulayır.

Diplomat bu gün dün­yada beynəlxalq hüququn ciddi aşınması prosesinin müşahidə olunduğunu və bu­nun beynəlxalq sülhə böyük təhlükə təşkil etdiyini vurğu­layır. Baş konsul qeyd edir ki, beynəlxalq hüquqa hörmətin təmin edilməsi məsuliyyəti, ilk növbədə, bu hüquq sistemini 75 il öncə yaratmış böyük dövlətlərin üzərinə düşür.

N.Ağayev Ermənistanın ciddi iqtisadi böhranla üzləşdiyini, müstəqillikdən sonra 1.5 milyon erməninin ölkəni daimi tərk etdiyini və bu ölkənin yoxsulluq səviyyəsinə görə Cənubi Qafqazda birinci yer tutduğu­nu, Azərbaycanın isə qitələri birləşdirən irimiqyaslı enerji və nəqliyyat layihələri həyata keçirdiyini və regionun ən güclü iqtisadiyyata malik ölkəsi, eləcə də ABŞ-ın regi­onda etibarlı strateji tərəfdaşı olduğunu qeyd edir.

Məqalə sosial şəbəkələrdə geniş şəkildə yayılıb, erməni lobbisinin cid­di narazılığı ilə qarşılanıb.

16 2020 09:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə