Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Milli Məclis Aparatının məlumatı

İyulun 14-də axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin əmlakına və inventarına ziyan vurub.

Dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə, ümumilikdə, 22 min 150 AZN məbləğində maddi ziyan dəyib. Azərbaycan Respub­likası Milli Məclisi olaraq parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısın­da məsuliyyət daşıdığımızı ifadə edirik.

AZƏRTAC

16 2020 09:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə