Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaqif Dərgahlı: Ordumuzun “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yayılan məlumatlar dezinformasiyadır

Ermənistan KİV-lərinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır.

Bunu AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin.

15 2020 11:53 -

Köhnə versiyamızdan xəbərləri izlə