Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya birliyi ədalətli mövqeyi dəstəkləməli, regionda gərginliyə səbəb olan işğalçı siyasətə “dur!” deməlidir

“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən və yalançı “erməni soyqırımı”nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevrilib.  Bu gün həyata keçirdikləri faşizm siyasəti dünya siyasətinə təsir göstərmək cəhdi, sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyi naminə təhlükəli maneədir.  Bir vaxtlar “Dağlıq Ermənistan”ın bir hissəsi kimi Dağlıq Qarabağ haqqında  yaratmaq  istədikləri mifologem   dövlətimiz tərəfindən darmadağın edildikdən sonara, yeni bəhanələr ilə özlərini haqlı çıxarmağa və  iftiraları ilə  dünya içtimayyətini aldatmağa, tarixi təhrif etməyə cəhd etdiər. Dəfələrlə  təsdiq olunub ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpağıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə, Cənubi Qafqaza gəlməsi, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun olmadığı tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. XIX əsrdən başlayaraq kök atan erməni millətçiliyi yarandığı vaxtdan digər xalqlara qarşı amansız qəddarlığı ilə seçilib. Erməni yalanlarının əsrlər boyu ayaq tutub yeriməsinin, bunun qarşılığında beynəlxalq aləmdə susqunluğun acı nəticəsini bu gün Azərbaycan yaşayır.

Hər kəsə bəllidir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər, ərazi iddaları  tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bütün beynəlxalq görüşlərdə dəfələrlə dünyanın gözü qarşısında   Prezidenti İlham Əliyev təmkinli, tutarlı və faktlara  əsaslanan çıxışları ilə  Ermənistanın   Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa etmiş, hər dəfə onlara beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçmişdir.  Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından böyük önəm daşıyır.  Eyni zamanda, dövlət rəhbərinin həyata  keçirdiyi siyasət, dünya tərəfindən təqdir olunur, humanizm siyasəti, ədalətli mövqeyi nümunə göstərilir.

Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək  Prezident İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir.  Azərbaycan artıq uzun illərdir ki, müxtəlif siyasi qütblərdə dayanan ölkələrin dialoq məkanına çevrilib.  Ölkəmiz  beynəlxalq siyasətin aktiv iştirakçısı kimi funksionallığını artırır, olduqca məsuliyyətli, mühüm missiya həyata keçirir.  İnsanlıq naminə ən ağır yükü üzərinə götürür, yeni təkliflərlə çıxış edir və bütün dövlətləri, gələcəyimiz naminə həmrəyliyə çağırır.  Bu cür gərgin, dünya üçün  narahat bir dönəmdə Ermənistan öz mənfur niyyətindən əl çəkmir,  təxribatları ilə əsl simasını örtaya qoyur, təcavüzkar siyasətini davam etdirmək üçün hər cür çirkin və riyakar əməllərdən istifadə edir. 

Bir neçə gündür Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribat bir daha təsdiq edir ki, bu ölkəyə rəhbərlik edən kəslər üçün ölkələrinin taleyi maraqlı deyil, əks təqdirdə, bu cür  ağılsız addıma yol verməzdilər. Çünki Azərbaycan Ordusunun qarşısında aciz qalacaqları labüddür və bu, növbəti dəfə onlara sübüt olundu. Azərbaycanın  qüdrətli Ordusu mənfur düşmənin təxribatının qarşısını aldı. Ermənistanın pandemiya dövründə Azərbaycan sərhədində başladığı hərbi əməliyyatı, eyni zamanda, ölkəsində baş verən daxili ziddiyətləri gizlətmək cəhdi idi. Ölkə iqtisadi tənnəzzül vəziyyətindədir, iqtidarla xalq arasında gərgin vəziyyət mövcuddur və artıq pafoslu sözlərin təsiri özünü doğrultmur. Lakin Ermənistan bir məqamı unudur ki, dünya bu gün işğalçı dövləti deyil, etibarlı tərəfdaş kimi tanınan, nəinki öz ölkəsinin, eləcə də dünyanın rifahı naminə töhfə verən bir dövləti təqdir edəcək. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə ölkələr tərəfindən gələn dəstək bunun ən bariz nümunəsidir.

Təcavüzkar tərəfin rəhbər şəxsləri, siyasi dairələr yaxşı bilirlər ki, Azərbaycan xalqı öz  haqqı, əzəli torpaqları naminə döyüşür və Vətən naminə şəhidlik zirvəsinə ucalırlar.  Bu hisslər  erməni xalqına yad xüsusiyyətlərdir.  Mülkü şəxslərə qarşı törətdikləri  vəhşiliklər isə cinayət əməlidir və  beynəlxalq hüquqa zidd hərəkətlərdir. Ermənistan Azərbaycan Ordusunun gücünü də, oğul və qızlarının rəşadətini də dəfələrlə görüb. İşğalçılar əməllərinə son qoymayacaqları halda, sonlarının hansı durumda olacağı barədə bir daha düşünməlidirlər.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi : “Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”. 

Bu, Azərbaycanın dəyişməz mövqeyidir. Dünya birliyi ədalətə söykənən düzgün mövqeyi dəstəkləməli, regionda gərginliyə səbəb olan işğalçı siyasətə “dur!” deməlidir.  Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanın qətiyyəti və düşünülmüş siyasətilə tezliklə zəfər nəğməmiz  səslənəcək,  üçrəngli müqəddəs bayrağımız işğal altında olan bütün  doğma torpaqlarımızda dalğalanacaqdır. Çünki bizim yolumuz haqq yoludur !

Vüqar SEYIDOV,
YAP Suraxanı rayon təşkilatının sədri

15 2020 11:28 -

Köhnə versiyamızdan xəbərləri izlə