Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveç azərbaycanlıları Ermənistanın Azərbaycana təxribatçı hücumunu kəskin ittiham ediblər

İsveçdə yaşayan azərbaycanlılar işğalçı Ermənistanın Azərbaycanın dövlət sərhədində növbəti təxribatçı hücumuna kəskin etiraz və ordumuza dəstək məqsədilə dünən gecə Stokholmda yürüş təşkil ediblər.

Bu barədə  məlumat verən İsveç Azərbaycan Birliyinin sədri Sevda Dadaşova deyib ki, İsveç azərbaycanlıları Azərbaycan bayraqlarını dalğalandırmaqla paytaxt Stokholmdakı Ermənistan səfirliyi önünə yürüş ediblər: “Bu geçə İsveçdə yaşayan azərbaycanlılar Ermənistanın təcavüzkar siyasətinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş edərək Stokholmda İsveç ictimiyyətini baş verənlərlə bağlı məlumatlandırdılar. Yürüş iştirakçıları erməni səfirliyinin qarşısında Azərbaycan himnini oxudular. Aksiya zamanı “Qarabağ Azərbaycandır!” deyərək səsimizi bütün Stokholma duyurduq”.

Sevda Dadaşova açıqlamasının davamında deyib ki, İsveçdəki azərbaycanlı gənclər aksiya zamanı xüsusilə fəal oldular: “Şəhidlərimizin qanının yerdə qalmayacağını gənclərimizin ruhunda gördüm və buna təkrar əmin oldum. Yürüşə qatılan hər bir soydaşımıza, qardaşıma halal olsun, var olun deyirəm. Vətən etibarlı və qüvənli əllərdədir və Qarabağ mütləq öz doğma sahiblərinə tez zamanda qaytarılaçaq”.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

15 2020 11:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə