Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İngiltərə klubunun futbolçusu koronavirusa yoluxdu

Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa növbəti yoluxma halı aşkarlanıb. 

"Report"un çempionatın rəsmi saytına istinadən məlumatına görə, bu, ötən həftə aparılmış testləşmənin 13-cü mərhələsinin nəticəsi olaraq üzə çıxıb. Yoxlamadan komandaların oyunçu və əməkdaşları siyahısından 2071 nəfər keçib. Testlərdən birinin cavabı müsbət olub. Futbolçunun adı və klubu açıqlanmır. 

Qeyd edək ki, pandemiya üzündən dayandırılmış İngiltərə Premyer Liqası iyunda bərpa olunub. Çempionatın qalibi adını vaxtından əvvəl "Liverpul" qazanıb.

Salman Musaoğlu,
“Xalq qəzeti”

15 2020 10:34 - İDMAN
İDMAN
11 Avqust 2020 | 22:41
Mövsümün ən yaxşısı
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə