Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Messi XXI əsrdə qolların nisbəti üzrə ən yaxşıların lideri olub

“Give Me Sport” nəşri XXI əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, "Barselona"nın 726 matçda 630 qol vurmuş hücumçusu Lionel Messi (0,87) reytinq siyahısına başçılıq edir.

Siyahıda ikinci yerdə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu (0,77) qərarlaşıb. O, 812 oyunda 626 dəfə fərqlənib. İlk üçlüyü "Bavariyanın" hücumçusu Robert Levandovski (0,73) bağlayıb. Onun hesabında 472 oyunda 345 qol var.

Siyahıda digər futbolçular da yer alıb:

1. Lionel Messi (0,87).

2. Kriştianu Ronaldu (0,77).

3. Robert Levandovski (0,73).

4. Luis Suares (0,67).

5. Neymar (0,65).

6. Kilian Mbappe (0,65).

7. Harri Keyn (0,63).

8. Zlatan İbrahimoviç (0,62).

9. Edinson Kavani (0,61).

10. Rud Van Nistelroy (0,60).

11. Serxio Aquero (0,59).

12. Radamel Falkao (0,58).

13. Tyerri Anri (0,57).

14. Ronaldo (0,56).

15. Pauleta (0,56).

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

15 2020 10:32 - İDMAN
İDMAN
11 Avqust 2020 | 22:41
Mövsümün ən yaxşısı
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə