Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan ordusunun üçüncü acınacaqlı məğlubiyyəti

Xəbər verildiyi kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atmış və  Azərbaycan -- Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirtməyə cəhd ediblər. Düşmən  artilleriya atəşindən istifadə edərək hücuma  cəhd  göstərib, lakin rəşadətli ordumuz  təcavüzkarı  əvvəlki döyüşlərdə olduğu kimi, by dəfə də yerində otuzdurub.  Azərbaycan Ordusu düşmənə layiq olduğu yeri göstərdi.  Artıq bu, işğalçı ölkə ordusunun  üçüncü məğlubiyyətidir.  Bundan əvvəl də Ermənistan silahlı qüvvələri sərhədboyu ərazilərdə təxribatlar törətməyə cəhd göstərmiş və hər dəfə də ağır itki ilə üzləşmiş, sonra da silah-sursatlarını atıb qaçmışdılar.

2016- cı ilin Aprel döyüşləri hər birmizin yaxşı yadındadır. Həmin döyüşlərə qədər Ermənistan hərbçiləri cəbhə bölgəsində  təxribat törətməyə sanki adət etmişdilər. Ancaq Aprel döyüşlərində Azərbaycan Ordusnun  güclü müqaviməti ilə qarşılaşdılar və bununla da “güclü Ermənistan ordusu” mifi  məhv  oldu. Həmin döyüşlərdən sonra Ermənistanıın rəsmiləri də Azərbaycan Ordusu qarşısında aciz qaldıqlarını etiraf etdilər. Ardınca  Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. Bu gün dünyada tanınan Cocuq Mərcanlı kəndi, Lələtəpə yüksəkliyində dalğalanan Azərbaycan bayrağı ordumuzun qücünün, qüdrətinin təcəssümüdür.  Belə bir güclü ordu qarşısında Ermənistan  silahlı qüvvələrinin davam gətirəcəyi xülyadır. Bunu Azərbaycan--Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat zamanı düşmən ordusuna tutulan divan da təsdiqləyir.  

Hazırda  acınacaqlı vəziyyətdə olan Ermənistanı  sərhədboyu ərazilərdə təxribatlar törətməyə  vadar edən nədir?  Əslində, bu, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın  böhran vəziyyətində olan ölkədə əhalinin diqqətini başqa səmtə yönəltmək cəhdiddir. Bu ölkədə  hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib. Digər tərəfdən, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında, xüsusilə, Ermənistan--Azərbaycan dövlət sərhədini misal gətirərək, belə bir rəy formalaşdırmaq istəyir ki, guya, Azərbaycan Ermənistan ərazisinə hücumlar edir, təxribatlar törədir. Bununla da ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışır.  Halbuki, bütün  bunlar həm Ermənistan rəhbərliyinin, həm də siyasi riyakarlıq edən beynəlxalq təşkilatların növbəti oyunudur. Bütün təxribatlar Ermənistan  tərəfindən törədilir və bunun kifayət qədər sübutları da var.

Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir, sərhədlərini və əhalisini müdafiə edir, düşmən hücumlarının qarşısnı alır. Dövlət başçısnın dediyi kimi, erməni əsgərinin Azərbaycan ərazisində nə işi var ki, həlak olsun?

Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, bizim ordumuz buna cavab verməli, düşməni susdurmalıdır. Belə də olur. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Tövuz rayonu ərazisindəki  daha bir  hərbi təxribat bu çirkin siyasətin növbəti  təzahürüdür.

Ermənisan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik bilməlidirlər ki, Azərbaycan Ordusu ildən-ilə daha da mətinləşir. Bu, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna  verdiyi xüsusi önəmin nəticəsidir. Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində çox mühüm addımlar atılmışdır. Bununun nəticəsidir ki, bu gün regionda ən güclü ordu məhz Azərbaycan Ordusudur. Ötən illər ərzində həyata keçirilmiş layihələr, ordu quruculuğu istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycan Ordusu nəinki regionda dünyada ən güclü ordu sırasındadır.

Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanılması böyük həcmdə vəsaitlər  tələb etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu.

Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilib.  Bu da o deməkdir ki, 2020-ci ildə orduya ayrılan xərclər 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çoxdur. Belə bir ordunun qarşısında Ermənistan  ordusunun davam gətirməsi qeyri-mümkündür. İnanırıq ki, Azərbaycan Ordusu bu dəfə də Ermənistan silahlı qüvvələrini darmadağın edəcək və  işğal altındakı torpaqlarımızçazad etmək iqtidarında olduğunu bir daha təsdiləyəəcək.

Kamil SEYİDOV,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru

15 2020 11:07 -

Köhnə versiyamızdan xəbərləri izlə