Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti: Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadığını söyləyib.

Dövlət başçısı bildirib ki, Vətənini müdafiə edərkən şəhid olan azərbaycanlı qardaşları­mıza Allahdan rəhmət, ya­ralananlara şəfa diləyirik. Dağlıq Qarabağın işğalın­dan bəri bu bölgədə davam edən gərginliyin Ermənistanın sistemli hücumları nəticəsində müharibəyə çevrilməsindən narahatıq. Sonuncu hücumlar Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla həyata keçirilib. Heç şübhəsiz, bu hücum Ermənistanın əndazəni aşan hərəkətidir. Burada məqsədli bir təxribat var: həm Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, həm də yeni bir münaqişə mənbəyi yaratmaq. Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Öz ölkəsində sosial və epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə, xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik.

 

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

15 2020 06:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə