Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kərim VƏLİYEV: Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu texnikası və mühüm obyektləri məhv edilib

İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edilib.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev iyulun 14-də jurnalistlərə müsahibəsində deyib.

Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, bu gün səhər saatla­rında döyüş zamanı general-mayor Po­lad Həşimov ön xətdə qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub. Bu, onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasın­da gizlənmirlər, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüf ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirli­yinin rəhbərliyi adından şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyirik.

15 2020 06:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə