Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni təxribatı sosial şəbəkələrdə də davam edir

Gənc Vətənpərvərlər İctimai Birliyinin yerli şöbələri, üzv olan təşkilatları, idman federasiyaları və idman klubları Ermənistanın hərbi və informasiya təxribatı ilə bağlı bəyanat yayıblar. Birliyin sədri Müqamət Əliyev bu barədə danışarkən qeyd etdi ki, hamının yekdilliklə imzaladığı sənəddə iyulun 12-də Ermənistan silahlı qüvvələri bölmələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin To­vuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə göstərdiyi cəhd pislənilir.

Düşmən hücumu zamanı bir neçə şəhid verdik. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə nəticəsində ermənilər geri otuzduru­lub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.

“Xatırladırıq ki, Ermənistanın bu hü­cum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara baş­lamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğu­nu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatlıq doğurdu. İndi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığı­na görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordu­muz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir”.

Birlik sədri əlavə etdi ki, bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın infor­masiya məkanında törətdiyi təxribatla bağlıdır: “Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesabların­dan dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.

Gənc Vətənpərvərlər İctimai Bir­liyi cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə çağırırıq.

Biz, düşmənlə müharibə şəraitində olan müd­rik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbirli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq!

Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Ko­mandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır! Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Tanrı dövlətimizi, xalqımızı, müstəqilliyimizi və ordumuzu qorusun! Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük!”

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

15 2020 06:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə