Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TÜRKPA-nın Baş katibi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sərhəd yaşayış məntəqələrini atəşə tutmasını şiddətlə qınayır

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov mülki şəxslərin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayır.

Baş katib qeyd edib ki, TÜRKPA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi, Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə ta­nınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.

Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələri üzvlərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

AZƏRTAC

15 2020 06:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə