Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Nazirlər Şurasının dövlət katibi: BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir

Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurmalar, atəşkəs rejiminin pozulması narahatlıq, eyni zamanda, insan itkiləri kədər doğurur.

İtaliya Respublikası Nazirlər Şurasının parlamentlə əlaqələr üzrə dövlət katibi, “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Kastaldi İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında belə deyib.

Dövlət katibi İtaliya Konstitusiyasında da təsbit olunduğu kimi, İtaliya üçün münaqişələrin yeganə həllinin diplomatik yol olduğunu bildirib. “Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmaz­lığı prinsiplərinə hörmət edilməli, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr yerinə yetirilməli, danı­şıqlar hər zaman hərbi əməliyyatlardan üstün tutulmalıdır”, - deyə Canluka Kastaldi fikirlərini tamamlayıb.

“Agenzia Nova” xəbər agentliyi məsələ ilə bağlı İtaliya Senatının “İrəli İtaliya” par­tiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası­nın sədr müavini, senator Maria Rizzottinin də açıqlamalarını yayıb. “Ermənistan və Azərbaycan sərhədində bu saatlarda da­vam edən silahlı qarşıdurmalar 90-cı illərdə minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər”,- deyə senator bildirib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması təxribatdır və bu, qəti şəkildə pislənilir. Sena­tor əlavə edib ki, beynəlxalq ictimaiyyət sonu görünməyən bu müharibənin dayandırılması və sülh danışıqlarının bərpa olunması üçün bütün səylərini səfərbər etməli və İtaliya hökuməti onilliklərdir bu müharibəyə cəlb olunmuş xalqların müdafiəsi üçün tədbirlər görməlidir: “Ümid edirik ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının 1993- cü ildə qəbul olunmuş qətnamələri suveren­lik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunul­mazlığı prinsiplərinə riayət ediləcək”.

Qeyd edək ki, dünən Senatın Xari­ci əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komis­siyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də bəyanat verərək Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bildiriblər.

Hər iki açıqlama ilə bu keçidlərdən tanış olmaq mümkündür:

https://www.agenzianova.com/a/5f0c77 151292d1.68616025/3021903/2020-07-13/ nagorno-karabakh-castaldi-m5s-preoccupazioni-per-scontri-armati-diplomazia-via-maestra

https://www.agenzianova.com/a/5f0c765d1f 09d4.97418184/3021889/2020-07-13/nagorno-karabakh-rizzotti-fi-comunita-internazionale-intervenga-per-evitare-la-guerra

Aygün ƏLİYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

15 2020 06:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə