Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan hərbçilərinin Azərbaycanın dinc əhalisinə qarşı təxribatları ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq üçün növbəti hərbi təxribat törətməklə iriçarplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə edib mövqelərimizi atəşə tutmaqla hücuma keçməyə cəhd göstəriblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutub. Nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonunun Ağdam kənd sakini həlak olmaqla ümumilikdə mülki əhaliyə mühüm ziyan dəyib.

Təcavüzkar Ermənistan bu cür təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaqla Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlər edib.

Ermənistanın hərbi qulluqçuları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı yönələn hərbi cinayətlər qeydə alınaraq hazırda hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilir, həmin faktlar üzrə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.

Hərbi cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüqu­qun normaları çərçivəsində məsuliyyətə cəlb olunaraq cəzalandırılmalarını təmin etmək məqsədilə müvafiq tədbirlər görüləcək.

Düşmənin hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın göstərdikləri yüksək qəhrəmanlıq əzmi və şücaəti Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq.

15 2020 06:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə