Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan BMT-nin “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir

Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı – 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması respublikamızın iqtisadi mode­linin öz səmərəliliyini sübut etdiyinin, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının bariz nümunəsidir.

Bunun nəticəsidir ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb.

Bu göstəricilərə görə respublikamız regional liderdir və 54-cü yerdə qərarlaşaraq bütün qonşu­larını geridə qoyub.

Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Ölkəmiz səhiyyə, rifah, yoxsul­luq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü insti­tutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub.

Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal topla­yıb. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur.

Azərbaycan belə bir uğura uzun illər bir çox sahələrdə həyata keçirdiyi uzaqgörən və ardı­cıl siyasət nəticəsində nail olub. Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, BMT-nin “Davamlı inkişaf hesabatı – 2020” dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir. Bu sənəd hazırlanan zaman fərqli indikatorlar­dan istifadə olunur, başqa sözlə, həm iqtisadi, həm sosial, bütövlükdə isə bu sahələrdə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilər hesabatda öz əksini tapır.

Azərbaycanın “Davamlı inkişaf hesabatı – 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi, eyni zamanda, beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır.

Reallaşdırılan islahatlar bir tərəfdən iqtisadiy­yatın inkişafı, eləcə də dayanıqlığın və inklü­zivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə bu, sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açır. Ötən il Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-preziden­ti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket icra olunub. Bu paketlər həm minimum əməkhaqqı, həm də orta aylıq əməkhaqqının təxminən iki dəfə artımı ilə nəticələndi. Belə ki, orta aylıq əməkhaqqında və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı. Bu, sosial indekslərin daha da yaxşılaşdı­rılmasına və vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı.

Bu il pandemiyanın təsirləri, eləcə də qlobal bazarlarda, o cümlədən neft bazarında vola­tilliyin yüksək olmasına baxmayaraq, sosial proqramların icrası davam etdirilir. Bu isə ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanın daha da inkişafı üçün əlverişli zəmin yaradır.

Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alın­mayıb. Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir.

Azərbaycanın BMT-nin “davamlı inki­şaf məqsədləri indeksi” üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bu fakt bir daha göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşmasında və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.

Şübhəsiz ki, hesabatda əksini tapan məqamların əsasında dayanan əsas amillərdən biri də Prezident İlham Əliyevin həyata keçir­diyi genişmiqyaslı islahatlardır. Belə ki, dövlət başçısının həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılma­sı ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edir. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. 2019-cu ildə reallaşdırılan və ölkə əhalisinin rifahının yüksəlməsində mühüm rol oynayan böyük sosial paketlər bunun bariz ifadəsidir.

Azərbaycan Prezidenti də çıxışlarında 2019- cu ili islahatlar ili kimi səciyyələndirib. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühi­ti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.

Hazırda bütün dünya koronavirus pande­miyası ilə mübarizə aparır. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizədə dünya ölkələrini birləşdirəcək mü­hüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi dövlətimizin başçısının BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir. Bu amil Azərbaycan vətəndaşları olaraq hər birimiz üçün qürurvericidir.

Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılma­sı, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Son 17 ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdıb. Dövlət rəhbəri bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Ölkəmizin iqtisadi inki­şaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

15 2020 06:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə