Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan çıxış yolunu təxribatda görür

Ermənistan hərbi bölmələrinin növbəti dəfə təxribata əl atması və Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi işğalçı ölkənin təxribatlara meyilli olmasından irəli gəlir. Bu fikri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən suallar do­ğurur. Bu təxribat nəyə lazım idi? Burada, sadəcə, bir həqiqət var: Ermənistan diqqəti yayındırmaq üçün müharibə istəyir. Azərbaycan Ordusu yüksək döyüş ruhu nümayiş etdirərək əks-hücum nəticəsində düşmənə ağır zərbə vurdu. Düşmən layiqli cavabını alaraq canlı qüvvə, texnika sarı­dan xeyli itki verərək geri otur­duldu. Təbii ki, bu, müharibədir, hər iki tərəfdən itkilər var. Amma qarşı tərəfin itkisi daha çoxdur. Ermənistan qorxaqlıq edərək itkilərlə bağlı ictimaiyyəti düz­gün məlumatlandırmır. Burada məkrli plan ondan ibarətdir ki, düşmən artıq Qarabağda de­yil, Ermənistanın ərazisində çaxnaşma yaratmaq, vəziyyəti gərginləşdirərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu məsələyə cəlb etmək istəyir. Düşmənin planı məhz bundan ibarətdir. Çünki hadisələrin gedişi bunu deməyə imkan verir. Belə ki, iyu­lun 12-də Tovuzda hərbi təxribat törədildi, ertəsi gün, iyulun 13-də isə düşmən Naxçıvan sərhədində fəallaşmağa başladı. Belə aydın olur ki, Ermənistan təxribat törətməklə Azərbaycanı daha miq­yaslı cavablar verməyə cəlb etmək istəyir. Ermənistan öz ərazisində gərginlik yaratmağa və KTMT-nin 5-ci maddəsindən yararlanmağa çalışır.

Politoloq deyib: “Ermənistan gözəl başa düşür ki, Azərbaycanın zərbələri qarşısında duruş gətirə bilməyəcək. İşğalçı ölkə öz daxili problemlərinin qarşısında aciz qalaraq çıxış yolunu təxribatda görür. Məqsəd erməni xalqının, ictimaiyyətinin diqqətini yayın­dırmaqdır.

Ermənistan KTMT-yə müraciət edərək ölkədə vəziyyətin gərgin olduğunu bildirib və təcili surətdə fövqəladə iclasın çağırılmasını xahiş edib. Bunun üstündən bir saat keçməmiş Ermənistanın Rusiyadakı səfiri bu barədə yenidən təşkilata müraciət ünvanlayır. Təşkilatda Ermənistanın işğalçı, təxribatçı, qeyri-sabit mövqeyi artıq hər kəsə bəllidir. Təşkilatın üzvlərindən Rusiya, Belarus, Qazaxıstan və digərləri Azərbaycana böyük hörmətlə yanaşır və ölkəmizi dəstəkləyirlər”.

Ermənistanın məkrli plan­larından danışan T.Abbasov diqqətə çatdırıb ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxla­yan Ermənistan yeni münaqişə zonaları yaratmaq istəyir, məhz bu məqsədlə də təxribata əl atır. Əgər Azərbaycanın sərhədi pozmaq niyyəti olsaydı, asa­yişi, təhlükəsizliyi qorumaq üçün sərhəd qoşunlarını ora­ya yerləşdirməzdi. Halbuki Ermənistan tərəfindən bu missiya nizami orduya həvalə edilib. Düşmən Naxçıvanda da təxribat yaratmaqla Azərbaycana psixoloji cəhətdən təzyiq göstərmək istəyir. Məqsəd aydındır.

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təxribatına öz münasibətini bildirdi. Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasın­da məsələyə siyasi və hüquqi qiymət verildi. Dövlət başçısının qeyd etdiyi kimi, beynəlxalq təşkilatlar bu məsələ ilə ətraflı məlumatlandırılacaq.

Beləliklə, Ermənistanın daha bir təxribat planı fiaskoya uğradı. Bununla Ermənistan iki ölkə arasındakı münasibətlərə daha bir zərbə vurdu. Əgər onlar müharibə istəyirlərsə, bunu alacaqlar. Azərbaycan öz ərazi bütövlüyünü əvvəl-axır təmin edəcək. Ordumuzun işğal edilmiş torpaqlarımızı azad etməyə gücü və qüvvəsi kifayət edir. Biz işğalçı Ermənistanı mütləq sülhə məcbur edəcəyik. Bununla da Azərbaycan düşmənə bir daha torpaqlarımız­da təxribat törətməyə, gərginlik yaratmağa imkan verməyəcək”, - deyə Tofiq Abbasov vurğulayıb.

15 2020 06:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə