Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan qəti addımlar ata bilər

Azərbaycan əsgərləri quduzlaşmış erməni quldurlarının Tovuz istiqamətindəki təmas xəttində təxribat əməllərinin qarşısını qəhrəmancasına aldılar və düşmən böyük itki verərək geri oturduldu. Bu fikirləri Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvü Ceyhun Ələkbərov Təhlükəsizlik Şurası­nın 13 iyul tarixli iclasına münasibət bildirərkən söyləyib.

Fəxri konsul deyib: “Bu proses onu göstərir ki, Ermənistan Cənubi Qaf­qazda sülhün bərqərar olmasında qətiyyən maraqlı deyil. Bu proses həm də Ermənistana lobbiçilik edən qüvvələrin və dövlətlərin də marağına uyğun deyil. İstənilən halda son hadisə bir təxribatdır və ATƏT-in Minsk qrupuna, beynəlxaq hüqu­qa, beynəlxalq təşkilatların bəyanatlarına hörmətsizlikdir. Bu hörmətsizliyi Ermənistan ona görə göstərir ki, onları bu və ya digər formada həm beynəlxalq təşkilatlar, həm də bəzi dövlətlər dəstəkləməkdə davam edirlər. Vəziyyət o həddə çata bilər ki, Azərbaycan cəbhənin digər bölgələrində öz torpaqlarını hərb yolu ilə azad etmək üçün qəti və qarşısıalınmaz addımlar ata bilər. Bu halda isə, Azərbaycan heç bir halda qınanıla bilməz. “

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında­kı çıxışında da bildirdi ki, Ermənistanda daxili vəziyyət artıq böhran həddinə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağ­lıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab veril­mişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Anar TURAN, “Xalq qəzeti”

15 2020 06:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə