Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu işğalçı ölkəyə növbəti dəfə öz gücünü göstərdi

Bizim ordumuzun son illər ərzində uğurlu in­kişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sı­rasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı



Azərbaycanın dünya birliyində mövqeyinin getdikcə möhkəmlənməsi anti-Azərbaycan qüvvələrdə və işğalçı Ermənistanda ciddi təşviş yaradıb. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək üçün min bir oyundan çıxan düşmən tərəfi və ona havadarlıq edən ikili standart mərəzindən xilas ola bilməyən qərəzli beynəlxalq təşkilatlar müxtəlif vasitələrə əl atırlar. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribat törətmişlər. İşğal­çı ölkənin ordusu Azərbaycan --Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya qurğusundan istifadə edərək hücu­ma keçməyə cəhd göstəriblər. Lakin bu dəfə də Azərbaycan Ordusunun güclü müqaviməti ilə qarşılaşıblar. Ermənistan ordusunun belə təxribata əl atmasının səbəbi hər kəsə, hətta beynəlxalq ictimaiyyətə də bəllidir.

İyulun 13- də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı Ermənistan rəhbərliyinin məkrli niyyətini açıqladı və işğalçı ölkənin təxribat törətməsinin səbəbi bəlli oldu. Ölkə Prezidenti Ermənistanda daxili vəziyyətin artıq böhranlı həddə çatdığını vurğuladı və daxili çaxnaş­maların geniş vüsət aldığını bildirdi. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurların düşmənlərimizi çox narahat etdiyini və onlarda paxıllıq hissini daha da gücləndirdiyini bildirdi. Xüsusilə, son illər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Son müddət ərzində bütün aparı­cı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, təbii ki, işğalçı ölkənin münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbələr vurub.

Eyni zamanda, dövlət başçı­mızın mötəbər kürsülərdə, nüfuzlu tədbirlərdə müntəzəm olaraq həm münaqişənin , həm bölgənin tarixi ilə bağlı səsləndirdiyi konkret faktlar, inandırıcı əsaslandırmalar ermənilərin təbliğatını alt-üst edir.

Ölkə başçısının qeyd etdiyi kimi, artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var. Bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər beynəlxalq sənədlər və açıqlamalar var.

Dövlət başçımız bu yaxınlarda Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondar­ma “seçkilər”i də xatırlatdı və bu vaxta qədər nəinki sonuncu qondarma seçkilərin, ümumiyyətlə, indiyədək keçirilən bütün seçkilərin nəticəsinin heç bir ölkə və ya beynəlxalq təşkilat tərəfindən tanınmadığını bildir­di. Hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan qurumlar bu seçkiləri pislədilər. Heç Ermənistanın özü də qondarma seçkiləri tanımağa cürət etmədi. Göründüyü kimi, dünya birliyində bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunur.

Ermənistanı və onun havadarlarını ciddi narahat edən amillərdən biri, elə Tovuz rayonu ərazisində növbəti təxribatın törədiləməsinin səbəbi son vaxtlar Azərbaycanın beynəlxalq aləmdə çox böyük uğurlara imza atmasıdır. Gəlin, bir neçə fakta diqqət yetirək. Bəşəriyyətin başı üzərini ko­ronavirus pandemiyası aldığı vaxtdan dövlət başçımızın düşünülmüş qabaq­layıcı tədbirləri, vaxtında qəbul etdiyi qərarlar ölkəmizi bu ağır bəladan qo­ruyur. Dünyanın inkişaf etmiş qüdrətli dövlətləri pandemiyadan ciddi ziyan çəkdiyi və çoxlu sayda insan tələfatla üzləşdiyi bir vaxtda ölkəmiz daha az itki ilə diqqət mərkəzində oldu. Üstəlik, bəşəriyyətin bu bəladan xilas edilməsində iştirak üçün də humanist addımlar atdı. Bu məqsədlə Ümum­dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etdi və 30- dan artıq ölkəyə humanitar yardım göndərdi.

Dünyada COVID-19 pande­miyası başlayandan bəri Prezi­dent İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Dövlətimizin başçısı­nın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən zirvə görüşləri bütünlüklə COVID-19- la mübarizəyə həsr olunmuşdu. Bu tədbirlərdə BMT-nin Baş katibi, BMT Baş Assamb­leyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Daha bir qürurverici fakt isə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində video­konfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi oldu. Bu təklifə dərhal dünyanın 130-dan çox ölkəsindən dəstək gəldi. Hazırda xüsusi sessiya öz işinə başlayıb. Bütün bu uğurlar Ermənistanın sərhədboyu ərazilərdə təxribatlar törətməyə vadar etdi. Dövlətimizin başçısı bunu Təhlükəsizlik Şurasının iclasında da səsləndirdi: “Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”.

Ermənistanın sərhədboyu ərazilərdə təxribat törətmək cəhdləri öz başlarında çatlasa da, yenə də fa­şizm ideologiyasına hüsn-rəğbətlərini günahsız insanları qətlə yetirməklə nümayiş etdirdilər. Bir sıra hərbçilərlə yanaşı, Tovuz rayonunun Ağdam kənd sakini 1944- cü il təvəllüdlü Əziz Əzizov da qətlə yetirilib. 76 yaşlı Əziz kişinin günahı nə idi? Belə günahsız insanları yalnız qəddar faşistlər qətlə yetirə bilərlər. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bundan əvvəlki dövrdə də ermənilər dəfələrlə yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində də mülki vətəndaşlar -- günahsız uşaqlar, ağsaqqallar, yaşlı qadınlar , həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməməsi və ciddi qərar qəbul etməməsi işğalçı ölkəni daha da həyasızlaşdırıb. Əvəzində, Azərbaycan Ordusundan layiqli cavab alıblar. 2016- cı ilin Aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Uzun müddət işğal altında qalan ərazilərimiz dörd gün ərzində düşməndən azad edildi . Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altın­da olan 2 min hektardan çox torpaq, strateji əhəmiyyətli yüksəkliklər uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan təmizləndi. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Həmin döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri böyük qəhrəmanlıq göstərərək erməni ordu­sunu darmadağın etdi və əhəmiyyətli yüksəklikləri, təpələri işğalçılardan azad etdi . Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi və nəyə qadir olduğunu həm düşmənə, həm də dünya birliyinə nüma­yiş etdirdi.

Ondan sonra 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi.

Bütün bunlar rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində əldə edilib. Son illər silahlı qüvvələrimiz daha da mətinləşib və işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində ordu quruculuğu prioritet vəzifə kimi qarşıya qoyulub və hərbi xərcləri 24 dəfə artıb. Bu illər ərzində Silahlı Qüvvələrimizin formalaşmasında, daha mətin olmasında, maddi –tex­niki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, bu gün region­da ən güclü ordu məhz Azərbaycan Ordusudur.

Ordumuzun xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkan­lar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri ta­mamlanıb. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.

Hər dəfə Ermənistan tərəfi cəbhəboyu ərazilərdə təxribatlar törədib və cavabı da onlara baha başa gəlib. Bu dəfə də düşmən tərəfi iddia qaldırır və haray-həşir salır ki, guya, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki təxribat Azərbaycan ordusu tərəfindən törədilib. Bu da ermənilərin və onların havadarlarının növbəti uydurmalarıdır. Çünki son gərginliyin hərbi təhlili onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanmışdır. İşğalçılar məqsədyönlü şəkildə bu təxribata hazırlaşmışdır. Ermənistan tərəfi qəflətən artille­riya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Ermənistan tərəfinin itkiləri Azərbaycan Ordusunun cavab atəşi nəticəsində baş verib. Ermənistan tərəfinin irəli sürdüyü iddialar gülünc və ağlasığmazdır.

Bu dəfə də düşmən layiqli cavabını aldı. Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında da bunu bir daha diqqətə çatdırdı: “Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Əliqismət BƏDƏLOV, “Xaıq qəzeti”

15 2020 05:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə