Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın hiyləgər təxribatları nəticədə özünə qarşı yönəlir

İnsan həyatının dəyərini yüksəltmiş, aləmə humanist baxışları həssaslaşdırmış koronavirus pandemiyası dönəmində belə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədi və işğal olunmuş ərazilərdən keçən cəbhə xətti boyu davamlı olaraq atəşkəsi pozması, mövqelərimizi intensiv atəşə tutması, iyulun 13--14-də isə Tovuz rayonu istiqamətində ərazilərimizə irimiqyaslı hücum etməsi bu işğalçı dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları dalana dirəməsindən əlavə, həm də hərbi güc nümayiş etdirmək niyyətinin açıq göstəricisidir. Düşmən dövlətin Azərbaycan sərhədində törətdiyi təxribatçı döyüş əməliyyatları barədə ehtiyatda olan polkovnik, Qarabağ müharibəsinin “Azərbaycan bayrağı” ordenli veteranı Şair Ramaldanov aşağıdakıları bildirdi:

– Sülh prosesini faktiki perspektivsizliyə yönləndirən Ermənistan rəhbərliyi ölkədə ya­ratdığı diktatura şəraitindən qay­naqlanan siyasi gərginliyi sovuş­durmaq, heçbir problemini həll edə bilmədiyi kütlənin diqqətini, guya, Azərbaycanın fəallaşan hərbi təhlükəsinə yönəltməklə milli birlik əldə etmək üçün bir neçə aydır ki, silahlı qüvvələrin təmas xəttində min bir oyundan çıxır.

Əvvəlki aylarda Ermənistan silahlı dəstələri daha çox Qazax rayonu istiqamətində sərhəd qoşunlarının yerləşdiyi ərazilərdən atəşkəsi pozur, təxribatlara əl atırdılar. Hücumlar zamanı yaşayışməntəqələrimiz davamlı şəkildə ağır silahlardan atəşə tutulur, mülki vətəndaşlar həlak olur, əhalinin təsərrüfatına, mülklərinə, yaşayışməkanının infrastrukturu­na ciddi ziyan vurulurdu. Məlum olduğu kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin döyüşçüləri həmin istiqamətdə yerləşən bölmələri yüksək professionallıqla düşmənin təxribatçı həmlələrinin qarşısını qətiyyətlə almışlar.

Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarını atəşlə cavablandırarkən düşmən tərəfin itkiləri də olur. Bu isə onların haray-həşir salması üçün gözlənilən bir bəhanədir. Bu niyyətlə də Ermənistan tərəfi hiyləgər addımlar atdı. Bu gün bütün dünya pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistan yenə də cəbhədə silahlı təxribatlar törədir.

Ermənistan cəbhə xəttində, o cümlədən sərhəd bölgəsində gərginliyi həm də ona görə sax­layır ki, bu dövlət üzv olduğu Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və digər beynəlxalq qurumların diqqətini özünə çəksin, onlarda Azərbaycanın qarşı tərəfə hərbi təhlükə törətməsi barədə təsəvvür yaratsın. Çünki təşkilatın katibi pandemiyadan öncə belə bir fikir səsləndirdi ki, hər hansı hadisə başverərsə, Ermənistanın yanında olacaq. Bu bəyanatın vəd etdiyi himayədarlığa güvənən rəsmi İrəvan daim gərginliyi ar­tırmağa çalışmış, son günlərdə isə öz niyyətini irimiqyaslı döyüşəməliyyatları ilə gerçəkləşdirməyə cəhd göstərməkdədir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan--Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğuların­dan mövqelərimizi atəşə tutmuşlar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilmişvə qarşı tərəf ciddi itkilər verərək geri oturdulmuşdur.

Azərbaycan Prezidenti, Ali BaşKomandan İlham Əliyev döyüşəməlliyatları başlayandan dərhal sonra Təhlükəsizlik Şurasının iclasını çağıraraq, düşmənin hərbi fitnəkarlığının mahiyyətini açıqladı, bu təxribatçı hərəkətlərin məsulyyətinin bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşdüyünübeynəlxalq aləmə bəyan etdi.

Şair Ramaldanov daha sonra bildirdi:

– Azərbaycan rəhbərliyinin və hərbi komandanlığın gerçəkləşdirdiyi operativ və qətiyyətli tədbirlər nəticəsində iyulun 13-də günün ikinci yarısı Ermənistan silahlı qüvvələrinin atəşmövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilmiş­dir. İlkin itkilərini gizlədən düşmən ölkə ictimaiyyətində uğur təsəvvürüyaratmaq üçün iyulun 14-də də döyüşəməliyyatlarını davam etdirdi.

Müdafiə nazirinin müavini Kərim Vəliyev açıqlamasında bildirib ki, iyulun 13-dən 14-ə keçən gecə də Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüşzərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

Döyüşəməliyyatları zamanı şəhid olan əsgər və zabitlərimizlə yanaşı, artilleriya zərbələrinə məruz qalan Tovuz rayonunun Ağdam kəndinin sakini Əziz Əzizov da həyatını itirib. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbar­lığının əyani təzahürüdür. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu­nun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və təcavüzkarı ciddi qınamalıdır.

Hərbi ekspert sonda dedi:

--İstənilən vəziyyətdə düşmən tərəfi öz cavabını alır, təxribat atəşləri susdurulur. Hələ ki, torpaqlarımız iş­ğal altındadır, müharibə şəraitindəyik, Ermənistanı tam yerində oturtma­mışıq. Ona görə mütəmadi olaraq cəbhədə gərginliyi hiss edəcəyik. Yağının bəd niyyətini gözündə qoyan isə əsgərlərimizin ruh yüksəkliyi, düşmənin qarşısında əzmlə, cəsarətlə, peşəkarlıqla dayanmasıdır.

Göründüyükimi, Ermənistanın hiyləgər təxribatları, hər dəfə nəticədə, özünə qarşı yönəlir. Bügünlərdə beynəlxalq ictimaiyyət işğalçı dövlətin təxribatçı hərəkətlərini kəskin ittiham edir. Hərbi məğlubiyyət isə Ermənistanın indiki səriştəsiz və məsuliyyətsiz rəhbərliyinin axı­rına çıxır. Həqiqət isə budur ki, Ermənistanda rəhbərlər dəyişsə də, işğalçılıq siyasətinin sonu görünmür. Azərbaycanın ərazi bütövlüyübərpa edilənə qədər ermənilərin belə oyun­ları və təxribatları davam edəcək.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

15 2020 05:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə