Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan təxribatlarla diqqəti sosial– iqtisadi problemlərdən yayındırmağa çalışır

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçək səbəblərini açıqlayıb və növbəti dəfə işğalçı ölkənin rəhbərliyinin daxili auditoriyaya yönəlmiş siyasətini ifşa edib. Dövlətimizin başçısı deyib: “Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə et­diyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyü­nün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir...”.

Azərbaycan Prezidenti daha sonra əlavə edib ki, hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə – diqqəti daxili problemlərdən yayındırmaq üçün təxribatlar törətməyə sövq edib. Amma indiki halda Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti böhrandan yayındırmaq üçün heçbir təxribat və avan­türa Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmələrinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan Ordusunun həyata keçir­diyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında vurğuladığı kimi, Azərbaycanın irəli sürdüyütəşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, ölkəmizi istəməyən xarici qüvvələri ciddi narahat edir.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının genişrezo­nans doğurması, Azərbaycanın təşəbbüsüilə BMT BaşAssambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də, yumşaq desək, həzm edə bilmirlər.

Rəsmi statistikada əhalisinin hər 4 nəfərdən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərdən birinin yoxsul hesab olunduğu Ermənistanda vəziyyət hazırda mürəkkəbdir və Paşinyan hakimiyyəti belə təxribatlarla problemi aradan qaldırmağa cəhd edir. Aydın­dır ki, təxribatlarla hər hansı nəticə verəcəyini düşünmək üçün heçbir əsas yoxdur.

Təəssüf ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Görünən odur ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və Ermənistanda müşahidə olunan sosial-iqtisadi problemləri gündəmdən çıxartmağa hesablanıb.

Bu gün güclü, qüdrətli Azərbaycan Or­dusu Ali BaşKomandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

15 2020 05:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə