Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın işğalçı siyasətinə SON QOYULMALIDIR

“Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, müəyyən dairələr Ermənistan haqqında “demokrat obra­zı” yaratmağa çalışırlar. Bu isə yolverilməzdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyulun 6-da yerli televiziyalara müsahibəsində qeyd etdiyi kimi, Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bugünün işi deyil: “Dövlətimizin başçısı bildirib ki, Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının tor­pağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşa­yan azərbaycanlıların elementar insan haqlarını pozublar”.

Cənab Prezidentin qeyd etdiyi kimi, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçi­lik fəaliyyəti onları həmişə bu tənqiddən qoru­yurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir.

Ermənistanın qeyri-konstruktivliyi o həddədir ki, Azərbaycan Prezidentinin koro­navirusla mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxıb. Dövlətimizin başçısının dediyi kimi, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanofobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur.

Deputat, həmçinin deyib ki, Prezident İlham Əliyev ilə BMT-nin Baş katibi Antonio Quter­reş arasında telefon danışığında da dövlətimizin başçısının təşəbbüsü yüksək dəyərləndirilib. Belə ki, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Bu faktın özü Azərbaycanın təşəbbüsünə qarşı çıxanlara tutarlı cavabdır.

Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, S.Fətəliyeva qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Onun sözlərinə görə, Azərbaycanın bu məsələdə prinsipial möv­qeyi dəyişməzdir. Cənab Prezidentin qeyd etdiyi kimi, bizim mövqeyimiz haqq-ədalət mövqeyidir, həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Ona görə də mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil. Dövlət başçısı bir daha bəyan edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməli, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Azərbaycan danı­şıqlar prosesinin imitasiya xatirinə aparılmasını qəbul etmir. Danışıqlar mahiyyəti üzrə aparılma­lıdır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

15 2020 05:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə