Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

ABŞ Dövlət Departamen­tinin mətbuat katibi Morqan Ortequsun bəyanatında bildirilir ki, ABŞ Azərbaycan- Ermənistan sərhədində baş verən qarşıdurmanı pisləyir və tərəfləri güc tətbiq edilməsini dərhal dayandırmağa çağırır.

Bəyanatda deyilir: “ABŞ Azərbaycan-Ermənistan dövlət sərhədindəki zorakılığı qətiyyətlə pisləyir. Tərəfləri güc tətbiq etməyi dərhal dayandırmağa, aralarındakı möv­cud birbaşa əlaqə kanallarından istifadə etməyə və atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməyə sadiqdir. Bu məqsədə çatmaq üçün səylərdə fəal iştirak etməyə davam edəcəyik. ABŞ Minsk qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə danışıqları bərpa etmək çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir”.

15 2020 05:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə