Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs öz əməkdaşlarının könüllü tibbi sığortasının satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Könüllü tibbi sığorta xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlat satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara ma­lik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.

Satınalan təşkilat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN- 1304673921)

Bank: “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan- Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod- 507699

VÖEN(bank)-9900006111

SWIFT: AZRTAZ22

M/h- AZ­02NABZ01350100000000022944

H/h- AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri Portal vasitəsilə 6 avqust 2020-ci il saat 11.00-dək təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikası­nın Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

- iddiaçının sığorta xidməti göstərməsi üçün tələb olunan sənədlər;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının sığorta xidməti göstərməsi üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olu­nan tender təkliflərinə baxılmayacaqdır.

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatının (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır) portala yüklənməsinin son tarixi və vaxtı 14 avqust 2020-ci il saat 17.00-dır.

Təkliflər 17 avqust 2020-ci il saat 11.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələrini portal vasitəsi ilə izləyə bilərlər.

Tender təkliflərini qiymətləndirib müqayisə edərkən əsas şərtlər topI­usunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli şirkətlərin xeyrinə 20 faiz həcmində güzəşt tətbiq ediləcəkdir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışma­lar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Tender komissiyası

15 2020 05:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Avqust 2020 | 04:41
B İ L D İ R İ Ş
14 Avqust 2020 | 04:40
B İ L D İ R İ Ş
14 Avqust 2020 | 04:40
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə