Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 13 milyon nəfəri ötüb

“Worldometers” saytının yaydığı məlumata görə, dünyada 13 milyondan çox insan COVID-19 infeksiyasına yoluxub. İndiyədək 572 mindən çox insan ölümsa­çan virusun qurbanı olub. Eyni zamanda, 7,5 milyondan çox insan koronavirusdan sağalıb. Bildirilir ki, müalicəsi davam edən 5 milyonadək xəstədən 58 min 689-nun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, ABŞ koronavirusdan ölənlərin sayına görə də dünyada birinci yerdədir – 137 min 782 nəfər. İlk beşliyə daxil olan Braziliyada 72 min 151, Birləşmiş Krallıqda 44 min 819, İtaliyada 34 min 954, Meksikada isə 34 min 730 nəfər koronavirus səbəbindən həyatını itirib.

Yeri gəlmişkən, son vaxtlar COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 7,01 faizdir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uhan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də infeksiyanın yayılması pande­miya elan edilib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

15 2020 05:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə