Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Liviya ilə bağlı ikili standartlardan narahatdır

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa İttifaqını Liviya ilə bağlı siyasətində ikili standartlara yol verməkdə ittiham edib. Bu barədə dünən Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoyun yaydığı bəyanatda bildirilir. Məlumatı TASS verib.

Bəyanatda deyilir: “Əgər Aİ Liviya münaqişəsinin sülh yolu ilə nizamlanmasına öz töhfələrini vermək istəyirsə, ikili standartlardan (bu ölkəyə silah göndərilməsinə tətbiq edilmiş embarqo­ya nəzarət üzrə İRİNİ əməliyyatı) əl çəkməli və BMT Təhlükəsizlik Şu­rasının qərarına uyğun olaraq, legitim hökuməti dəstəkləməlidir”.

Bir qədər əvvəl Avro­pa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel Türkiyədən silah göndərilməsi ilə bağlı em­barqoya əməl olunmasını tələb etmiş və təşkilatın bu qadağaya nəzarət üçün hərbi-dəniz əməliyyatına başlayacağını bildirmişdi.

Xatırladaq ki, iyunun 17- də Aralıq dənizində Türkiyə və Fransa hərbi gəmiləri arasında insident baş vermiş­di. “France 24” telekanalının məlumatına görə, Türkiyə gəmisi NATO-nun “Sea Guardian” əməliyyatında iştirak edən Fransa fre­qatının yükləri yoxlamaq barədəki göstərişini yerinə yetirməkdən imtina etmiş­di. Bundan əlavə, “France 24”- ün məlumatına görə, Türkiyə gəmisi Fransa gəmisini radar sisteminin köməyi ilə hədəfə almış, bu isə fransız hərbçiləri tərəfindən “düşmənçilik və aqressiv hərəkət” kimi qiymətləndirilmişdi.

“Anadolu” agentliyi isə, öz növbəsində, Türkiyə Silahlı Qüvvələrinə istinadla Fransa tərəfinin məlumatını təkzib etmiş, bildirmişdi ki, Türkiyə gəmisi özünün radar sistemindən nişan almaq üçün deyil, təhlükəli manevrlər edən Fransa hərbi gəmisini müşahidə etmək üçün istifadə edib.

Baş vermiş insidentin araşdırılması işinə Şima­li Atlantika Alyansı cəlb edilmiş, Fransa və Türkiyə nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Ancaq indiyədək hadisə ilə bağlı heç bir hesabat təqdim edilməyib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 2020 05:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə