Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin arasında növbəti gərginlik

“Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ Prezidenti Administrasiyası Çi­nin Cənubi Çin dənizindəki ərazi iddiala­rını rəsmi Pekinin bölgədəki kiçik ölkələr üzərində hökmranlığını artırmaq səyləri kimi qiymətləndirib.

Bu bəyanatla ABŞ Dövlət katibi Mayk Pom­peo çıxış edib. O KİV-ə müsahibəsində deyib: “Biz açıq şəkildə bildiririk ki, Peki­nin Cənubi Çin dənizinin çox hissəsindəki sahil ehtiyatları ilə bağlı iddiaları və onlara nəzarət etmək kampaniyası tamamilə qanunsuzdur”.

Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Tramp Admi­nistrasiyasının bu addımının tamamilə haqsız olduğunu qeyd edib.

Səfirlikdən bildirilib ki, bu, bölgədəki gərginliyi daha da artıracaq və Çinlə digər ölkələr arasında mübahisələrə səbəb olacaq. Səfirlik nümayəndəsi, eyni zamanda, Çinin Cənub-Şərqi Asiya ölkələri ilə birbaşa danışıqlar yolu ilə regional mübahisələri həll etmək öhdəliyini götürdüyünü, həmçinin ABŞ-ın bölgədəki sülh və sabitliyi pozmaq istiqamətində addımlarını da­yandırmalı olduğunu bəyan edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

15 2020 05:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə