Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Taliban”nın hücumu nəticəsində güc strukturlarının yeddi əməkdaşı öldürülüb

“Tolo News” telekanalının yaydığı məlumata görə, Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində güc struk­turlarının azı yeddi əməkdaşı həlak olub, iki əsgər isə ağır yaralanıb.

Mənbə qeyd edir ki, hadisə Əfqanıstanın Bədəxşan əyalətində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, nəzarət-buraxılış məntəqəsinə hücum edən silahlılardan 5-i öldürülüb.

İnsident “Taliban” silahlılarının Qunduz əyalətində altı polis əməkdaşının həlak olması ilə nəticələnən hücumu ilə üst-üstə düşüb.

Qeyd edək ki, Əfqanıstanda sülh prose­sinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının son­larında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılma­sını və tərəflər arasında dialoqun başlaması­nı nəzərdə tutur.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

15 2020 05:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə