Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ iqtisadiyyatı 9,3 faiz azalacaq

“Euronews” agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqı ölkələrinin real ümumi daxili məhsulu (ÜDM) 2019-cu il səviyyəsinə yalnız 2022-ci ildə qayıdacaq.

Bildirilir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamen­tinin direktoru Poulya Tomsen deyib. O, 2022-ci ildən sonra Avropa iqtisa­diyyatın özünün əhəmiyyətli struktur yenidənqurmasına ehtiyac olacağını bildirib.

P.Tomsen deyib: “Biz indi AB-dəki real ÜDM-nin 2020-ci ildə 9,3 faiz aza­lacağını gözləyirik. 2021-ci ildə ÜDM artımı 5,7 faiz olacaq. Avropa iqtisadiy­yatı 2019-cu il səviyyəsinə 2022-ci ildə qayıdacaq”.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

15 2020 05:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə