Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili Avropa Parlamentinə müraciət etdi

Milli Məclisin üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Avropa Parlamentindəki həmkarı xanım Marina Kalyuranda, Azərbaycan üzrə Avropa Parlamentinin məruzəçisi xanım Jelyana Zovkoya və Ermənistan üzrə məruzəçi Trayan Baseskuya təcili  rəsmi Müraciət göndərib.

Müraciətdə iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində erməni hərbi birləşmələri tərəfindən sərhəd qoşunlarımızın mövqelərinin şiddətli atəşə tutulması və sərhəd xidməti aparan hərbiçilərimizin şəhid olması ilə nəticələnən təxribat haqqında Avropa Parlamentinin Cənubi Qafqaz regionu üzrə səlahiyyətli şəxslərinə ətraflı məlumat verilib. Ermənistanın bu addımı Azərbaycan Respublikasına qarşı təcavüz aktı kimi qiymətləndirilib və Ermənistan siyasi və hərbi rəhbərliyinin növbəti dəfə danışıqları pozmaq və status-kvo vəziyyətinin uzanmasına nail olmaq cəhdləri pislənilib.

Müraciətdə həmçinin Ermənistan tərəfindən sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalinin hədəfə alınması, vətəndaşlarımızın əmlakına ciddi zərər vurulması haqqında məlumat verilib, təcavüzün ağır nəticələr verəcəyi haqqında xəbərdarlıq edilib və hadisələrin bütün neqativ nəticələri üçün Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığı Avropalı siyasətçilərin diqqətinə çatdırılıb.

Millət vəkili qeyd edib ki, Ermənistan tərəfindən vaxtaşırı olaraq törədilən təxribatlara birdəfəlik son qoyulması üçün  münaqişənin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan başqa yol yoxdur. Bunun üçün BMT Təhlükəsizlik Şurasının məlum Qətnamələri əsasında erməni hərbi qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz olaraq çıxarılması zəruriliyi vurğulanıb və  Avropa Parlamentindən Ermənistanın təcavüzkar hərəkətlərinə  müvafiq reaksiya verilməsi tələb olunub.

 

Tahir Aydınoğlu,
“Xalq qəzeti”

 

14 2020 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə