Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və artilleriya qurğusu döyüş heyəti məhv edilib

Düşmənə məxsus olan pilotsuz uçan aparat - PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib ki, Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib: "Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur".

 

14 2020 16:43 -

Köhnə versiyamızdan xəbərləri izlə