Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Voleybol mundialı: ikinci mərhələ

Voleybol mundialı: ikinci mərhələ

Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası Yaponiyanın Osaka şəhərində dünya çempionatının ikinci qrup mərhələsində çıxışlarına başlayır.

Faiq Qarayevin yetirmələri qrupda ilk oyunu bu gün İtaliya komandasına qarşı keçirəcək, sabah isə Çin idmançıları ilə görüşəcəklər. Bir günlük istirahətdən sonra voleybolçularımız oktyabrın 10-da və 11-də müvafiq surətdə Türkiyə və Bolqarıstan kollektivləri ilə qarşılaşacaqlar.
İkinci qrup mərhələsində Azərbaycan millisinin çıxış etdiyi “E” qrupunda 9 xala malik İtaliya komandası liderdir. ABŞ-ın 7, Çinlə Rusiyanın 6, Tailandın 5, Türkiyənin 3 xalı var. Azərbaycan və Bolqarıstan ikinci mərhələ turnirinə xalsız başlayırlar. Xatırladaq ki, voleybolçularımız birinci mərhələdə onlarla eyni qrupda çıxış etmiş ABŞ, Rusiya və Tailand komandalarına uduzmuşlar.
Daha səkkiz kollektiv (Hollandiya, Yaponiya, Almaniya, Meksika, Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko) isə ikinci mərhələ oyunlarını Naqoya şəhərində keçirir. Qruplarda finişə ilk üç yerdə çatan komandalar üçüncü mərhələdə oynamaq hüququ qazanacaqlar. 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

6 Oktyabr 2018 22:17 - İDMAN
İDMAN
14 İyun 2019 | 23:29
Maradona istefa verib
14 İyun 2019 | 00:40
Transferlərə rekord ödəniş
12 İyun 2019 | 22:18
Ən çox qazanan idmançı
10 İyun 2019 | 19:05
Saviç üçün 100 milyon avro
8 İyun 2019 | 22:10
Eden Hazard “Real”da
7 İyun 2019 | 22:45
Klub satılır

Köhnə versiyamızdan xəbərləri izlə