Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nataliya Krasovskaya: Erməni tərəfinin provokasiyası - öz siyasi səhvlərini ört-basdır etmək üçün vəhşi üsuldur

Ölkədə iqtisadi və epidemioloji vəziyyət hazırda Ermənistanda müşahidə edilən vəziyyət kimi olanda ölkə rəhbərləri vətəndaşların diqqətini hər şeyi pərdələyə biləcək hadisələrə yönəltməyə can atır ki, bu hadisələr

Bu barədə AZƏRTAC-a müsahibəsində Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya bildirib. O deyib: “Əlbəttə ki, hərbi əməliyyatlar məhz belə xarakterdə olan hadisələrdir. Buna görə də qurbanlara gətirib çıxaran provokasiya – mənim fikrimcə, Ermənistan rəhbərliyi tərəfindən öz siyasi səhvlərini ört-basdır etmək üçün tətbiq edilən vəhşi üsuldur. Azərbaycan Silahlı Qüvvələrinin həm layiqli, həm adekvat cavabı zənnimcə, belə avantüralara əl atmaq həvəsini hələ uzun müddət “söndürəcək”. O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində son hadisələr münaqişənin dinc yolla həllinin vacibliyini növbəti dəfə xatırlatdı.

N.Krasovskaya sonda deyib: “Son hadisələr növbəti dəfə xatırlatdı ki, bu başıbəlalı torpaqda sülhün bərqərar olması, beynəlxalq hüququn zəfər çalması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması çox mühümdür. Həlak olanların ailələrinə səmimi qəlbdən başsağlığı verir və yaralıların tezliklə sağalmalarını arzulayıram”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

14 2020 15:09 -

Köhnə versiyamızdan xəbərləri izlə