Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musa Qasımlı: Bizim işimiz haqq işidir, qələbə də bizim olacaq!

Təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonundan keçən hissəsində bir neçə məqsəd üçün törətdiyi təxribatın qarşısı qəhrəman hərbçilərimiz tərəfindən alındı. Hadisə baş verən kimi Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi. Az sonra düşmənin dərinlikdə olan dayaq məntəqələrinə, canlı qüvvəsinə sarsıdıcı zərbələr endirildi. Düşmənin çoxlu əsgər və zabiti məhv edildi, maşın və texnikası sıradan çıxarıldı. Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında dövlət başçımızın qətiyyətlə dediyi sözlər həm Ermənistana, həm işğalçını müdafiə edən ölkələrə, həm də vəziyyətdən sui-istifadə edərək iyrənc niyyətə düşən bəzi şəxslərə açıq-aydın xəbərdarlıqdır: “Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

O bildirib: “Bu hadisədən alınan dərslər bunlardır - Ermənistan ordusu Azərbaycan ordusu qarşısında cılız və gücsüzdür; Ermənistan işğalçılıq siyasətinə son qoymasa, torpaqlarımızdan vurulub çıxarılacaq; onu himayə edən dövlətlər işğalçı Ermənistanı xilas edə bilməyəcəklər; daxilimizdə bu vəziyyətdən sui-istifadə edərək çağırışlar edənlərin arzuları ürəyində qalacaq, çünki millətimiz Ali Baş Komandanın, dövlətimizin yanındadır; dövlətimizin qanunlarını pozanlar ən sərt şəkildə cəzalandırılmalıdırlar. Həm işğalçı ölkə, həm onu himayə edənlər və həm də içimizdən çıxan bəziləri anlamalıdırlar ki, artıq 1990-cı illərin əvvəlləri deyildir. Bizim işimiz haqq işidir, qələbə də bizim olacaq!”.

14 2020 14:50 -

Köhnə versiyamızdan xəbərləri izlə