Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məzahir Əfəndiyev: Mülki əhaliyə qarşı silah işlətmək erməni faşizminin və barbarlığının sübutudur

Ermənistan silahlı qüvvələrinin bölmələrinin iyulun 12-dən başlayan təxribatları davam edir. İtkilərimiz olsa da, erməni qüvvələrinə misli görünməmiş zərbələr endirilib. Ermənilərin artilleriya atəşləri nəticəsində mülki şəxs həlak olub. Müki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının sübutudur.  Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat deyib: Bundan əvvəlki dövrdə də ermənilər  yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülkii vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib. Beynəlxalq ictimiayyət, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə rekasiya verməli və ciddi qınanılmalıdır.

M.Əfəndiyev deyib ki, Ermənistanın bu cür təxribatlara əl atmasının ən əsas səbəblərindən biri də  son dövrlər Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, Prezidentin irəli sürdüyü qlobal təşəbbüslərin – Qoşulmama Hərəkatının Zirvə toplantısı, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi kimi məsələlərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsidir. Şübhəsiz ki, Azərbaycanın diplomatik cəbhədə bu uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Onlar psevdopatriot bəyanatlar vermək və uğursuz hərbi diversiyalar təşkil etməkllə erməni ictimaiyyəti qarşısında vəziyyətdən çıxmağa çalışırlar.

Deputat qeyd edib ki, bu cür uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Tovuz istiqamətində gedən döyüşlərdə erməni tərəfinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub, əhali və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları kinayə ilə qarşılayaraq etiraz aksiyalarına başlayıblar. Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yaratmaqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxarmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

“Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatpına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir. Artıq Müdafiə Nazirliyinin yaydığı görüntülərdə də bu aydın oldu. Azərabaycan  xalqı, ictimaiyyətimiz də öz Ordumuzun yanındadır.” – deyə M. Əfəndiyev əlavə edib.

Anar TURAN,
“Xalq qəzeti”

14 2020 14:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə