Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Ələkbərov: Azərbaycan qəti və qarşısıalınmaz addımlar ata bilər

Azərbaycan əsgərləri quduzlaşmış erməni quldurlarının Tovuz istiqamətindəki təmas xəttində təxribat əməllərinin qarşısını qəhrəmancasına aldılar və düşmən böyük itki geri oturduldu.

Bu fikirləri Efiopiya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu, Dağlıq Qarabağ  bölgəsinin azərbaycanlı icması idarə heyətinin üzvü  Ceyhun Ələkbərov Təhlükəsizlik Şurasının 13 iyul tarixli iclasına münasibət bildirərkən söyləyib.

Fəxri konsul  deyib:  “Bu proses onu göstərir ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasında qətiyyən maraqlı deyil. Bu  proses həm də Ermənistana lobbiçilik edən qüvvələrin və dövlətlərin də marağına uyğun deyil. İstənilən halda son hadisə  bir təxribatdır və ATƏT-in Minsk qrupuna, beynəlxaq hüquqa, beynəlxalq təşkilatların bəyanatlarına hörmətsizlikdir. Bu hörmətsizliyi Ermənistan ona görə göstərir ki, onları bu və ya digər formada həm beynəlxalq təşkilatlar, həm də bəzi dövlətlər dəstəkləməkdə davam edirlər.  Vəziyyət o həddə çata bilər ki, Azərbaycan cəbhənin digər bölgələrində öz torpaqlarını hərb yolu ilə azad etmək üçün qəti və qarşısıalınmaz addımlar ata bilər. Bu halda isə, Azərbaycan heç bir halda qınanıla bilməz. “

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı  çıxışında da bildirdi ki,  Ermənistanda daxili vəziyyət artıq böhran həddinə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Anar TURAN,
“Xalq qəzeti”

14 2020 14:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə