Ən son xəbərlər
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət respublikamızı qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkəyə çevrib. Son illər ölkəmizin mötəbər beynəlxalq qurumların tədbirlərinə evsahibliyi etməsi, həmçinin bir sıra nüfuzlu təşkilatlara sədrliyi dünya birliyində respublikamıza olan inam və etibarın göstəricisidir. Bu uğurlar beynəlxalq reytinq agentliklərinin keçirdikləri sorğuların nəticələrində də özünü büruzə verir. Ölkəmizin xoş sədası BMT kimi nüfuzlu bir qurumun “Davamlı inkişaf hesabatı - 2020” sənədində də öz əksini tapıb. Həmin sənədə əsasən Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir.
BMT-nin müəyyənləşdirdiyi “Davamlı inkişaf hesabatı - 2020” sənədinə əsasən Azərbaycan regionun lideridir. Ölkəmizin dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması qısa müstəqillik tarixi olan bir ölkə üçün çox böyük uğurdur. Çünki BMT-nin yaydığı hesabatda ölkəmiz bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Göründüyü kimi, ölkəmiz bir sıra inkişaf etmiş dövlətləri də geridə qoyub.
BMT-nin hesabatı hazırlanarkən, əsasən ölkələrin səhiyyyə, əhalinin rifahı, yoxsulluğun səviyyəsi və digər sahələrdəki inkişaf əsas götürülür. Son 17 ildə sürətli inkişaf yoluna qədəm qoyan ölkəmiz, demək olar ki, bütün sahələr üzrə uğurlar qazanıb. Hətta son 5 ayda bütün dünyanı koronavirus təhlükəsi bürüsə də, respublikamızda insanların sağlamlığının qorunması, həyat tərzinin yaxşılaşdırılması istiqamətində qətiyyətli addımıar atılır, sosial layihələrin reallaşdırılması uğurla davam etdirilir. Azərbaycan səhiyyə, vətəndaşların rifahı, yoxsulluğun səviyyəsinin aşağı düşməsi, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət sahələrində və digər sferalarda BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Pandemiyanın sürətlə yayıldığı və inkişaf etmiş dövlətləri təhlükə altında saxladığı bir vaxtda Azərbaycan koronavirusdan ən az itki verən dövlətlər sırasındadır. Bununıa yanaşı, dövlət başçımızın təşəbbüsü ilə iki nüfulu təşkilatın -- Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında zirvə görüşlərinin keçirilməsi və həmin görüşlərin COVID-19-la mübarizəyə həsr olunması, respublikamızın 30-dan çox ölkəyə humanitar yardım göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Göründüyü kimi, dünyada COVID-19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Ən başçıcası isə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi, pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif qısa müddətdə dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənib. Artıq xüsusi sessiyasının keçirilməsi məqsədilə BMT səviyyəsində hazırlıq işlərinə başlanılıb və yaxın zamanlarda xüsusi sessiya öz işinə başlayacaq.
Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür.
Qürurverici haldır ki, ölkəmiz “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici isə 70,9-dur. Hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Bununla yanaşı, ölkəmizdə hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olması da diqqətdən yayınmayıb.
Prezident İlham Əliyev tərəfindən başlanan əsaslı islahatlar bütün sahələri əhatə edir. Son illər islahatların miqyası daha da genişləndirilirb. Bu da əhalinin rifahının daha da yaxşıaşdırılmasında . dövlət idarəçiliyində çevikliyin və operativliyin artırılmasında, kadrların seçilib-yerləşdirlməsində, xüsusilə gənc nəsilə böyük etimad göstərilməsində özünü açıq şəkildə büruzə verir. İslahatlar, eyni zamanda, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətliliyinin yüksəlməsini təmin edib. Bununla yanaşı, ölkəmizdə həyata keçirilən sosial siyasət dünyada nümunəvi xarkter daşıyır. 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərmişdir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı xüsusi qeyd edilməlidir. Bu sərəncamla əhalinin bütün həssas təbəqələrinin rifahının yaxşılaşdırılmasında əsaslı dönüş yaradıldı. Minimum əməkhaqqı və minumum pensiyaların il ərzində bir neçə dəfə artırılması da sosial siyasət sahəsində inqilabi addımdr.
Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində dövlət siyasətinin prioritetini təşkil edib. Bütün bunlardan sonra Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə