Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın ölkəmizə təxribatçı hücumu onun hərbi zəifliyini də nümayiş etdirdi

 Milli Məclisin deputatı Elman Məmmədov iyulun 13-nə keçən gecə Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlər barədə danışarkən bildirdi ki, Ermənistan bununla özünün növbəti məkrli hiyləsini həyata keçirmək istədi, lakin yenə də istədikləri təxribat baş tutmadı:

– Əvvəla bildirim ki, Ermənistanın budəfəki təxribat cəhdinin altında yatan hiylə başqa idi. Onlar Azərbaycan ordusunun nə dərəcədə güclü olduğunu bilirlər. Çox yaxşı anlayırlar ki, bizim ordumuzun qarşısında tab gətirə biləcək orduya sahib deyillər. Ancaq təxribatla məşğuldurlar. Həmişə olduğu kimi, bu dəfə də məqsədləri beynəlxalq təşkilatların qınağını Azərbaycana yönəltmək idi. Guya, Azərbaycan Ermənistanın sərhədlərini pozub ona hücum edib. Bununla da, ilk növbədə, üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini bu məsələyə çəkib Azərbaycanın Ermənistan ərazisinə təcavüz təhlükəsi mənzərəsi yaratmaqdır.

KTMT-nin nizamnaməsində belə bir bənd var ki, bu təşkilat üzvlərindən hər hansı birinin ərazisinə təhlükə olarsa, o biri dövlətlər ona kömək etməlidir. Ermənilərin hiyləsi budur. Onlar bu işə Moskvanı da cəlb etməyə çalışırlar. Ermənistan--Azərbaycan münaqişəsinə Rusiyanı cəlb edib, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etdiyini iddia edirlər.

Həqiqət isə belə deyil. Azərbaycanın məqsədi birdir: 30 ilə yaxındır, Ermənistanın işğal altında saxladığı əzəli, əbədi torpaqlarını geri almaq. Ermənistanın bir qarış torpağında bizim gözümüz yoxdur. Halbuki tarix də bunu sübut edir ki, Ermənistan dövlətinin mövcud olduğu bütün ərazi Azərbaycan xalqına məxsus əzəli torpaqlardır. Lakin işğalçı tərəf yenidən hiyləyə əl atdı və lazımi cavabını aldı. Nəticə gözlənildiyinin əksinə alındı. Ermənistanın ölkəmizə təxribatçı hücumu onun siyasi, iqtisadi, sosial problemər məngənəsində boğulması ilə yanaşı, hərbi zəifliyini də nümayiş etdirdi.

İkincisi, Tovuz istiqamətində gedən döyüşlərdə bizim ordumuz günahsız şəhidlər verdi. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Lakin düşmən tərəfin də itkisi az olmadı. Döyüş, müharibə tarixən belə olub. Torpaqlarımızı müdafiə etmək istəyiriksə, itkilər qaçılmazdır. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid düşən oğullarımızın ailələrinə başsağlığı verirəm. Ata, qardaş, övlad itkisi ağır dərddir, amma torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, çətin də olsa, bu ağrılara dözməliyik.

Deputat sonda bildirdi: “Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistan tərəfi 20-dək canlı qüvvə və xeyli döyüş texnikası, hərbi sursat itki verdi. Azərbaycanla müqayisədə  onların bir neçə dəfə çox ümumi itkisi oldu. Budur Ermənistanın indiki hərbi gücü. Azərbaycanın Bu, əslində, inkaredilməz bir məğlubiyyətdir”.

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

14 2020 14:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə