Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu günlər Vitamin D qəbulu vacibdir

Koronavirusdan evdə mualicə alacaq insanlar uçun TƏBİB mualicə protokolunda gunaşırı 20000 BV( beynəlxalq vahid) immunitetə dəstək məqsədilə Vitamin D qeyd edib. Medicina.az xəbər verir ki, həkim Aytən İsmayılzadə koronavirusa qarşı vitamin D və dozası barədə məlumat verib.

– "Gundəlik 10000 vahid də qəbul etmək olar. Bu nə deməkdir? Yəni deyək ki, əlinizdə bir D vitamini var və onun da bir damcısında 1000 vahid var. Məsələn, Vigantol. Deməli siz ondan 10 damcı istifadə edəcəksiz.   Başqa Vitamin D olsa da olar, əsas dozasıdır. Kapsul formada olanlar da olur. Yəni bir damlada, ya bir kapsulda 500-1000 vahid olur. Bunu nəzərə alıb yola çıxacağıq. Məsələn, Akvadetrim D 3 bir damcısında 500 BV var. Amma mualicəyədək də immunitetə dəstək lazimdir. Ən çox soruşulan sual da budur.

Profilaktik məqsədlə gunə 5000 BV vitamin D qəbul edə bilərsiniz. İnandırım sizi ki, biz bu koronavirus epidemiyasından sonra qışda qrip filan tutmarıq, uşaqlar da raxit olmaz, çunki hamilələr də koronavirus qorxusundan normal qəbul etməəı başlayıb. Yaşlı insanlarımıza vitamin D onsuz da həmişə lazımdır. Yaydır, Günəş var deməyin.

Günəş bu adamların dərisini tapdımı ki, vitamin D də yaratsın. Hələ tünd dəridə lap gec yaranır. Kişilərimiz, qadınlarımız qapalı geyinir. Xaricdə olan kimi şortik-mayka geyimi bizdə geniş deyil. Vitamin D uzanmış vəziyyətdə, kifayət qədər açıq dəridə, doğru gunəşlənmə saatında və buna ayrılmış kafi vaxtda normal miqdarda yaranır. Əks halda vitamin D əskikliyi yaşayırıq.

Vitamin D reseptorları immun huceyrə olan limfositlər üzərində aşkarlanmışdır. Limfositlər isə virusla mubarizədə vacibdir. Vitamin D-nin hələ bizə məlum olmayan çox təsirləri mövcuddur. Vitamin D seçərkən tablet,maye forması, istehsal markası önəmli deyil. Əsas doza duzgun olsun. Doza üçün içlyinə baxın.

Vitamin D artıqlığı böyrəkdə daş yaranmasına gətirər. Amma böyrəyinizdə daş olsa belə, bu aralar heç olmasa 10--15 gun vitamin D balansınızı doldurmaqda bir zərər olmaz.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2020 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə