Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti kəsintisiz qida mənbəyinin (UPS-in) ehtiyat hissələrinin və illik servis xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imza­ları vasitəsilə daxil olsunlar və tender haqqın­da ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır­lar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

Bankın adı- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod- 200112

VÖEN- 9900003611

M/ h- AZ37NABZ01350100000000001944

S.W.İ.F.Т.: АIIBАZ2X

Təşkilatın adı- İctimai Televiziya və Radio Yayımları Şirkəti

H/h-AZ11AIIB33010019441102259111

VÖEN- 2000435761

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 60 bank günü çox olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri( hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının ixtisasına aid məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);

-işlərin keyfiyyətinə aid zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddi­açılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 4 avqust 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 12 avqust 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 13 avqust 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

14 2020 01:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə