Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Notariat Palatası rəsmi embleminin hazırlanması üçün MÜSABİQƏ ELAN EDİR

Notariusların peşə hazırlığının və notariat sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, habelə dünya notariat cəmiyyəti ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Notariat Palatası təsis edilmişdir.

Palatanın rəmzi olacaq emblemin eskizi – hər bir notariusa xidmətlərini vicdanla və layiqincə yerinə yetirilməsini, vətəndaşların hüquq və vəzifələrinin həyata keçirilməsində və müdafiəsində, habelə mübahisəsiz münasibətlərin təmin edilməsi, o cümlədən mediasiyada rolunu, rəsmiləşdirdiyi sənədlərin sübutlu əhəmiyyətini xatırladan mövzuları əhatə etməklə hazırlanmalıdır.

Həmçinin notariat sahəsində tətbiq olunan innovativ həllər nəzərə alı­naraq emblemdə həmin yeniliklərə uyğun simvolikalar da göstərilə bilər.

Qeyd edilməlidir ki, bu qəbildən olan emblemlər digər ölkələrin notariat qurumları, o cümlədən Beynəlxalq Notariat İttifaqı tərəfindən də istifadə olunur.

Emblemin Azərbaycan Notariat Pa­latasının blank və qovluqlarında, inter­net saytında, döş nişanlarında, həyata keçiriləcək layihələrin təqdimatlarında, videoçarxlarda istifadəsini nəzərə ala­raq eskizdə əks ediləcək elementlərin aydın ifadə olunması labüddür.

Məlumat üçün qeyd edilir ki, “No­tariat haqqında” Azərbaycan Res­publikası Qanununun 1-ci maddəsinə əsasən notariat dedikdə bu Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.

Notarius öz vəzifələrini yerinə yetirərkən:

– aparılan notariat hərəkətləri ilə bağlı fiziki və hüquqi şəxslərə onla­rın hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir;

– hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılma­sı nəticələri barədə onlara xəbərdarlıq etməlidir;

– qanunvericilik aktlarına, o cümlədən “Notariusun etik davra­nış Kodeksi”nə əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.

Notarius əqdləri, sənədlərin tərcüməsinin və surətinin düzgünlüyü­nü, habelə hüquqi əhəmiyyətli faktları təsdiq edir, vərəsəlik, ər-arvadın ümu­mi əmlakındakı paya mülkiyyət hü­ququ haqqında, yaşayış evlərinin və mənzillərin açıq hərracdan əldə olun­masına dair şəhadətnamələri verir, bir şəxsin sənədini digər şəxsə təqdim edir, icra qeydləri aparır, sənədləri saxlamağa, pul məbləğlərini, qiymətli kağızları, vəsiyyətnamələri depozitə qəbul və sübutları təmin edir.

Müsabiqə 2020-ci il iyulun 15-də başlanacaq və 2020-ci il avqustun 15-də bitmiş hesab olunacaqdır.

Müsabiqə iştirakçıları emblemin eskizinin hazırlanması ilə yanaşı bu dizaynı əsaslandıran konsepsiyanı da təqdim etməlidirlər.

Müsabiqə qalibinə 1500 (bir min beş yüz) manat dəyərində mükafat veriləcəkdir.

Qeyd-müsabiqədə iştirak edən şəxslər özləri haqqında məlumatı (adı, ata adı və soyadı, doğulduğu tarix və iş yeri (olduğu halda)), ünvanı, hüquqi şəxslər müvafiq rekvizitlərini, habelə dizaynı və konsepsiyanı elektron qay­dada [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Əlaqə telefon nömrəsi –(050) 299 18 88.

Azərbaycan Notariat Palatası

14 2020 01:30 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
13 Avqust 2020 | 03:36
B İ L D İ R İ Ş
13 Avqust 2020 | 03:36
B İ L D İ R İ Ş
12 Avqust 2020 | 04:05
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə