Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikintisi işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haq­qını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05).

İştirak haqqı 1000 (bir min) manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesa­ba köçürməlidirlər:

Təşkilat – Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ 38030019446253269215

VÖEN- 1702563281

Kod- 805625

VÖEN-9900001881

M/h-AZ03NABZ 01350100000000002944

SWİFT- IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqın­da müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğun­luq sertifikatları;

- iddiaçının müvafiq sahədə fəaliyyət göstərməsinə icazə verən lisenziya;

- iddiaçının bu sahədə peşəkarlığını əks etdirən məlumatlar:

- əsas işçi heyəti və idarəetmə aparatında çalışanların ixtisasları və iş təcrübələri barədə məlumat;

- iddiaçının texniki imkanları (inzibati və istehsalat sahələri, nəqliyyat vasitələri və digər avadanlıqları) barədə məlumat;

- son 3 ildə iddiaçı tərəfindən icra edil­miş oxşar layihələr barədə məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanla­ya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 5 avqust 2020-ci il saat 11.00-a, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 13 avqust 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14 avqust 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Res­publikası Qanununun 50-1.1-ci maddəsində göstərilən meyarlara uyğun gələn iddiaçılar iştirak edə bilərlər.

14 2020 01:29 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə