Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZAL kubalı həkimləri Bakıya çatdırdı

İyulun 13-ü Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Havanadan (Kuba) Bakıya xüsusi reys yerinə yetirdi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığı ilə təşkil olunan bu reyslə ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət həkim dəstəsi gətirilmişdir.

Kubadan gələn peşəkar həkimlər yerli həkimlərlə birgə pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu uçuş “Azərbaycan Hava Yolları” aviaşirkətinin tarixində Bakı–Havana–Bakı marşrutu üzrə başqa məntəqələrdə enmə icra edilmədən həyata keçirilən ilk birbaşa uçuşdur. Uçuş genişfüzelyajlı “Boeing 787” tipli təyyarə vasitəsilə həyata keçirilmişdir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, uçuş müddəti 13 saat, Azərbaycan və Kuba paytaxtları arasındakı məsafə 11 880 kilometrdir.

“Xalq qəzeti”

14 2020 01:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə