Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid əsgərimiz İsmayıllıda dəfn edildi

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Xəyyam Daşdəmirov 2002-ci ildə dünyaya gəlib, hәrbi xidmәtә2020-ci ilin aprel ayında çağı­rılıb. Tovuz rayonundakı “N” saylı hərbi hissədə qulluq edirdi. Düşmən hücu­munun qarşısını alarkən ağır yaralanan X.Daşdəmirov həkimlərin səyinə bax­mayaraq, şəhidlik zirvәsinәucalıb.

Dəfn mərasimində rayonun icra hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər dövlət strukturlarının rəhbər heyətləri, habelə rayon sakinləri iştirak ediblər.

14 2020 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə