Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstraliya saytı Ermənistanın Azərbaycanın dövlət sərhədində son təxribatı barədə geniş məqalə yayıb

İyulun 13-də Avstraliyanın “İnternational Busines Times” saytı iyulun 12-də Ermənistan hərbi qüvvələrinin Azərbaycanın dövlət sərhədində törətdikləri təxribat barədə geniş məqalə yayıb. Avstraliya saytı Azərbaycan Müdafiə Nazirliyinə istinadla bazar günü Ermənistan silahlı qüvvələrinin artilleriya atəşindən istifadə etməklə hücuma keçdiyini bildirib. Lakin düşmən cavab atəşi ilə geri otur­dulub. Döyüş nəticəsində Azərbaycan hərbçilərinin həlak olduğu və yaralandığı qeyd edilib.

Məqalədə qeyd edilir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağ­lıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal olunub. Eyni zamanda, bildi­rilir ki, Ermənistan tərəfindən iyulun 12-də növbəti hərbi təcavüz Azərbaycanın Tovuz rayonu istiqamətində – dövlət sərhədində törədilib.

Yazıda xatırladılır ki, 1994-cü ildə atəşkəs barədə razılaşma əldə edildikdən sonra Bakı ilə Yerevan arasında danışıqlar Fran­sa, Rusiya və ABŞ-dan olan diplomatların daxil olduğu Minsk qrupunun iştirakı ilə keçirilir.

Qeyd edilir ki, ermənilərin son təxribatı aparılan danışıqların nəticəsiz olması və dalana dirənməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından bir neçə gün sonra törədilib.

Məqalədə Prezident İlham Əliyevin iyulun 12-də baş verən təxribatla əlaqədar şərhi də öz əksini tapıb. Azərbaycan Prezi­denti bildirib ki, “Ermənistanın hərbi təxribatı, onun üzvü olduğu hərbi-siyasi təşkilatı münaqişəyə cəlb etmək məqsədi daşıyır”.

Bununla yanaşı, Prezident İlham Əliyev Yerevanı iki respublika arasında sərhəd boyunca hərbi güc toplamaqda və Azərbaycanın mülki obyektlərini atəşə tutmaqda da ittiham etdiyi bildirilib.

Münaqişənin tarixinə ekskurs edən müəllif yazır ki, Dağlıq Qarabağın erməni separatçılarının 1990-cı illərin əvvəllərində başladığı işğal nəticəsində 30 mindən çox insan həyatını itirib. Həmin ərazi Ermənistan tərəfindən işğal olunsa da, bu torpaqlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul olunur.

Vüqar AĞAYEV,
AZƏRTAC-ın xüsusi müxbiri

Kanbarra

14 2020 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə