Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib

Azərbaycan Respublikasının prokurorluq orqanları ötən gün şəhid olan hərbi qulluqçularımızın ailələrinə sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə başsağlığı verib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, başsağlığında deyilir: “İyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından başsağlığı verir və səbir diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq”.

14 2020 01:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə