Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KTMT-nin Daimi Şurasının təcili iclası təxirə salınıb

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının təcili iclası təxirə salınıb. Bunu “RİA Novosti” agentliyinə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Xatırladaq ki, bundan əvvəl təşkilatın baş katibi Stanislav Zas Ermənistanla Azərbaycan sərhədində vəziyyətlə əlaqədar iyulun 13-də KTMT-nin Daimi Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.

V.Zaynetdinov deyib: “KTMT-nin Daimi Şurasının iclasının keçirilməsi Ermənistan- Azərbaycan sərhədində vəziyyətin müzakirə formatının müəyyən edilməsi üçün üzv dövlətlərlə əlavə məsləhətləşmələr aparılma­sı zərurəti ilə əlaqədar təxirə salınıb.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

14 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə