Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin bir neçə hərbi obyekti, texnikası və 20-dən çox şəxsi heyəti məhv edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bir neçə hərbi obyekti­nin və texnikasının darmadağın edilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-də günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20-dən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.

AZƏRTAC

14 2020 01:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə