Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə XİN rəhbəri: Ermənistan ağlını başına toplasın

Ermənistan ağlını başına toplasın, Türkiyə olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Türkiyə Dağlıq Qarabağ probleminin siyasi yollarla həlli tərəfdarı olsa da, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatı sübut edir ki, Ermənistan mühabriə tərəfdarıdır. Biz Azərbaycanı yalnız buraxmayacğıq!

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycana hər cür dəstək verməyə davam edəcək.

İyulun 12-də Türkiyə XİN bəyanat yayaraq qeyd edib ki, Ermənistanın hücumunun Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur.
Bəyanatda deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumunu sərt şəkildə pisləyir.

Xarici İşlər Nazirliyi erməni tərəfinin belə təhlükəli taktikalardan əl çəkməli və düşüncəli və qanuni yol seçməli olduğunu vurğulayıb: “Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək".

 

13 2020 15:33 -

Köhnə versiyamızdan xəbərləri izlə