Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev həm də bəşəriyyətin xilasına çalışan dövlət başçısı kimi tarixə düşdü

İyulun 12- də Ermənistan  silahlı qüvvələrinin Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törədib. Əsas məqsədləri də  Silahlı Qüvvələrimizin mövqeyini ələ keçirmək, həmçinin canlı qüvvəmizə hərbi texnika ilə zərər yetirmək olub. Digər məqsədin arxasında isə  ölkəmizin dünya birliyində artan nüfuzundan və getdikcə möhkəmlənən mövqeyindən qısqanclıq və paxıllıq hissinin gizlənməsi idi. Axı, bir neçə gündür ki, BMT Baş  Asambleyasnın xüsusi sessiyasının keçirilməsinə hazırlıq işləri başlanıb. Məlum olduğu kimi, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi. pandemiya ilə mübarizə məqsədilə  BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Buna qədər isə cənab Prezidentin təşəbbüsü ilə iki nüfuzlu beynəlxalq təşkilatın – Türk Şurasının və Qoşulmama Hərəkatınn koronavirusla mübarizəyə həsr olunmuş zirvə görüşləri keçirilmişdi.

Məlum olduğu kimi, dövlət başçımızın BMT Baş  Asambleyasnın xüsusi sessiyasının keçirilməsinə dünyanın 130- dan çox ölkəsindən dəstək gəldi. Yalnız Ermənistan bu sessiyasının keçirilməsinə “yox” dedi. Təbii ki, işğalçı ölkənin bu etirazını özündən başqa eşidən olmadı. Xəbər verildiyi kimi, artıq xüsusi sessiya öz işinə başlayıb.  Ermənistan isə bunun heyifini beynəlxalq hüquq normalarını pozmaqla, öz işğalçı xislətini nümayiş etdirməklə və cəbhədə təxribatlar törətməklə  çıxmaq istədi. Ancaq bu dəfə də bacarmadı. Prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində layiqli cavablarını aldılar.

Müasir dünyada artıq bütün problemlərin, mübahisəli məsələlərin həlli yolları siyasi yanaşma və diplomatik münasibətlərdən keçir.  İstər dünya miqyaslı, istər regional, istərsə də ikitərəfli əməkdaşlıq, qarşılıqlı münasibətlərin qurulması diplomatik təşəbbüskarlıqlarla həyata keçirilir. İndi müstəqil  dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların əsas məqsədi ortaya çıxan problemlərin həllini sülh, əmin-amanlıqla axtarıb tapmaqdır. Belə olan məqamda dünyada mövcud dövlətlərin rəhbərlərinin diplomatik qabiliyyətləri daha ciddi əhəmiyyət daşımağa başlayır. Ancaq son iki ildə və bundan əvvəlki 20 ildə Ermənistanın dövlət rəhbərlərinin həyata keçirdikləri siyasət onların diplomatik gedişlərdən çox qəddarlığa, işğala üstünlük vermələri açıq şəkildə özünü büruzə verir.

Azərbaycan xalqı və bütün dünya ictimaiyyəti isə  Prezident İlham Əliyevin böyük diplomatik qabiliyyətinə, mövqeyinə, qətiyyətinə  hələ uzun illər əvvəl bələd olub, yüksək qiymətləndirib. Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi dövrdə humanizm prinsiplərinə sadiqliyi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində atdığı qətiyyətli addımlar, dünya sülh siyasətinə verdiyi töhfələr, koronavirusun tüğyan etdiyi beş ay ərzində irəli sürdüyü təklifləri onu həm də bəşəriyyətin xilasına çalışan dövlət başçısı kimi  tanıdıb.

Yəqin ki, hər kəsin xatirindədir. Bir neçə ay bundan  əvvəl  möhtərəm Prezidentimiz  açıq  şəkildə ifadə etmişdir ki, koronavirusla mübarizənin ilk mərhələsində  iqtisadi inkişaf və  yaxud xalqın sağlamlığını seçmək qarşısında qalarkən,   düşünmədən xalqın sağlamlığını seçdiyini demişdi. Bu, dövlət başçısının insan amilinə verdyi yüksək dəyərin bariz nümunəsidir.  Bu qətiyyətli mövqe koronavirusla mübarizədə  Azərbaycanı dünyada  ən az itki verən dövlətlər sırasına qoşdu.

Bu gün dünya sanki gözəgörünməz müharibə ilə üz-üzədir.  Möhtərəm Prezidentimizin təklifi kimi, əgər  dünya dövlətləri, xalqlar koronavirusla mübarizədə birləşməsə, pandemiya tezliklə ötən əsrin dünya müharibələrində həlak olan insanlardan daha çox can alacaqdır. Kim bilir, bəlkə də, elə bu obrazlı desək, növbəti “ dünya müharibəsidir” ki, ona şahidlik edirik. Dölət başçısı birgə mübarizədə öz səyini ilk göstərənlərdəndir. Məlum olduğu kimi, pandemiya ilə mübarizədə dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etmiş, 30-dan çox dövlətə  humanitar yardım göstərmişdir. Ola bilsin ki, digər dövlətlər və dövlət başçıları bu məsələnin hələ də  fərqində deyil. Lakin  möhtərəm Prezidentimiz  dünyanın başı üzərində olan problemin fərqindədir. Dünyada həyacan təbilini məhz Azərbaycan Respublikasının Prezidentinin çaldı, nüfuzlu beynəlxalq təşkilatların zirvə görüşlərinin və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi  təşəbbüsünü irəli sürdü və buna nail oldu. Bu, dövlət başçımızın, eləcə də xalqımızın  hümanist dəyərlərə verdiyi yüksək qiymətin göstəricisidir.

Pandemiya dünya dövlətləri arasında  əməkdaşlığın  davam  etdirlməsinə, ikitərəfli münasibətlərin yaxşılaşdırılması ilə bağlı qarşılıqlı səfərlərə problem yaradıb. Hazırkı imkanları doğru dəyərləndirmək, qarşıya çıxan problemləri həll etmək və dünyanı bu bəladan  xilas etmək  üçün dövlət başçımızın “Biz birlikdə güclüyük!”  çağırışı böyük əhəmiyyət kəsb edir.  Dünya dövlətləri bir çox məqamda öz resurslarını yalnız öz problemlərinə həsr etmək istədiyi bir zamanda cənab Prezident İlham Əliyev böyük hümanizm göstərərək, bütün imkanlarımızı dünya xalqları ilə paylaşmağa hazır olduğunu ifadə etdi.

Belə bir vaxtda  Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyərərk, sərhədboyu ərazilərdə təxtibatlar törətməsi, silahlı qüvvələrimizi ağır artileriya silahlarından atəşə tutması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Artıq Azərbaycan xalqı tam mənasında qürur hissi duya bilər. Bu gün hamımıza məlumdur BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının gündəliyi məlum olmuşdur. Bu da o deməkdir ki, cənab Prezidentin  möhtəbər təşəbbüsünün həyata keçməsi üçün artıq real addımlar atılmaqdadır. Ermənistan tərtəfinin isə təxribatları özünə istiqamətlənəcək.

Bu gün cənab  Prezident  İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da dövlətimizin başçısı qəti mövqeyini ortaya qoydu. Dedi ki, bu çirkin əməllər Ermənistanın təcavüzkar siyasətinin nəticəsidir. Təbii ki, ölkəmizin  beynəlxalq aləmdə əldə etdiyi uğurlar Ermənistanı çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirir. İşğalçı ölkə son ümid yeri kimi sərhədboyu ərazilərdə təxribatlar törətməkdə görür. Onların bu təxribatının da qarşısı qətiyyətlə alındı.

Ənvər HAQVERDİYEV,
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi

13 2020 15:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə